imailahorsilahh
    Sən-qəhqəhə, Mən-göz yaşı. Hardasan, könlüm sirdaşı? Tufanlıdır ömrün qışı. Sən gül! Mən gülə bilmirəm. Şənlik içindəykən aləm, Nədir könlümdəki bu qəm? Neyləyim ki, mən bəxti kəm Dərdimi bilə bilmirəm. Qəm əyib məğrur başımı, İtirmişəm sirdaşımı, göz yaşımı Üzümdən silə bilmirəm. Səhrada bitmiş bir güləm, Fəsli quraq keçən iləm. İstəyirəm sənsiz öləm, Neyləyim, ölə bilmirəm. Mirvarid Dilbazi :)

    Günün En Popüler Başlıkları