dilarazamanova
    Azerbaycan müziğini bilmeyen yoktur herhalde amma bu ülke sadece müziğile değil, aynı zamanda şairleri ve şiirleri ile de ünlüdür. Şimdi sizinle Azerbaycan'ın 5 şairini ve onların en çok sevilen şiirlerini paylaşıcaz. Səməd Vurğun Çox keçmişəm bu dağlardan, Durna gözlü bulaqlardan!; Eşitmişəm uzaqlardan Sakit axan arazları; Sınamışam dostu, yarı... El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən, Anam, doğma vətənimsən! Ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan! Mən bir uşaq, sən bir ana, Odur ki, bağlıyam sana: Hankı səmta, hankı yana Hey uçsam da yuvam sənsən, Elim, günüm, obam sənsən! Fəqət səndən gen düşəndə, Ayrılıq məndən düşəndə, Saçlarıma dən düşəndə Boğar aylar, illər məni, Qınamısan ellər məni. Dağlarının başı qardır, Ağ örpəyin buludlardır. Böyük bir keçmişin vardır, Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin. Düşdün uğursuz dillərə, Nəs aylara, nəs illərə. Nəsillərdən nəsillərə Keçən bir şöhrətin vardır; Oğlun, qızın bəxtiyardır... Hey baxıram bu düzlərə, Ala gözlü gündüzlərə; Qara xallı ağ üzlərə Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza... Ölməz könül, ölməz əsər, Nizamilər, Füzulilər Əlin qələm, sinəm dəftər, De gəlsin hər nəyin vardır, Deyilən söz yadigardır. Mikayıl Müşfiq Çiçəklər məftunu bir bülbüləm ki, Gözlərim baxçanın gülünə düşmüş. Qəhrini çəkdiyim gülün surəti Xəyalımın sakit gölünə düşmüş. Onunçün çırpınır qolum-qanadım, Onu yerdə deyil, göydə aradım. Gör nə bədbəxtəm ki, axırda adım Xırda uşaqların dilinə düşmüş. Orda-burda keçdi gənclik həyatım Hər yandan bağlandı rahi nicatım. Mənliyim, şərəfim, müqəddəratım Bir dəli ceyranın əlinə düşmüş. Əli Kərim Mən səni sevirəm susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir, raharca bardaş qurub kabab üstdən sərin su pis olmaz-deyən kimi. Vaqif Bayatlı Ödər Dünyanın ən güclü adamı ola da bilmərəm, olmaq da istəmirəm. İstəmirəm bir kimsə mənimlə qorxuda bir kimsəni. Dünyanın ən varlı adamı ola da bilmərəm, olmaq da istəmirəm. Mənə ən böyük dünya varı qapı,pəncərəsi açıq üzü-gözü gülən bir alaçıq! Mən səni, mən səni Dünyada hamıdan çox sevə də bilmərəm, sevmək də istəmirəm, çünki ancaq yalandan sevənlər hamıdan çox sevirlər. Mən səni sakitcə, yavaşca sevmək istəyirəm. Sevmək istəyirəm Tanrıdan yazılantək, Bir balaca quş Öz balaca yuvasının küncünə qısılantək Vaqif Səmədoğlu İlahi, yatağın nə sağında, nə solunda, nə bir gözəlin qolunda yatmaq istəyirəm. İlahi, nə söyüd kölgəsində, nə dünyanın ən azad ölkəsində yatmaq istəyirəm. İlahi, dar quyu dibində, qaranlıq nəm içində, işıqlı qəm içində, ağrısız yatmaq istəyirəm.

    Günün En Popüler Başlıkları